Ermənistan gəmiricilərin idxalını və tranzitini QADAĞAN ETDİ

Ermənistan meymunçiçəyi xəstəliyinin yayılmasının qarşısını almaq üçün bütün növ gəmiricilərin və primatların idxalını və tranzitini qadağan edib. 

Viral.az xəbər verir ki, bu barədə ölkənin Qida Təhlükəsizliyi Müfəttişliyinin mətbuat xidməti məlumat yayıb.

“Meymunçiçəyi xəstəliyinin baş verməsinin və ocaqlarının yaranmasının qarşısını almaq üçün avqustun 21-dən bütün növ gəmiricilərin və primatların Ermənistan ərazisi ilə idxalı və tranzit daşınması qadağandır”, – məlumatda bildirilib.

Son Yazılar:

Qeyd edilir ki, qərar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamaları dərc olunana qədər qüvvədə qalacaq.