Taylandda təyyarə qəzaya uğradı: 9 nəfər öldü

Taylandın Çaçoenqsao əyalətində Cessna tipli kiçik təyyarə meşəlik əraziyə düşüb. Hadisə nəticəsində 9 nəfər həlak olub.

Viral.az xəbər verir ki, Taylandın Trat əyalətinə getmək üçün paytaxt Banqkokdan 7 sərnişin və 2 pilotla havaya qalxan TFT209 nömrəli Cessna tipli təyyarə yerli vaxtla saat 15:18-də Çaçoenqsao əyalətində meşəlik əraziyə düşüb.

 Əraziyə polis, sağlamlıq və xilasetmə qrupları göndərilib.

Son Yazılar:

Qəzada 5 çinli, 2 taylandlı və 2 taylandlı pilot olmaqla 7 nəfər həyatını itirib.

Təyyarənin qəzaya uğramasının səbəbi hələlik məlum deyil.

// redaktor.az