Azərbaycanın Rusiyadakı keçmiş səfiri, Xalq artisti Polad Bülbüloğluna Özbəkistanda fəxri ad verilib.
Viral.az xəbər verir ki, bu haqda Xalq artisti Gülyanaq Məmmədova instaqram hesabında paylaşım edib:
“Bu gün Özbəkistanda Polad Bülbüloğlunun “Özbəkistanın Xalq artisti” adı alması münasibəti ilə təqdimat keçirilib. Təqdimatda Özbəkistanın və Azərbaycanın mədəniyyət nazirləri və səfirləri iştirak edib”.
Son Yazılar:
- Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
- Kim Çen In Rusiyaya səfər edə BİLƏR
- Yüksək vəzifə verilən Gülməmmədov onun qardaşı imiş
Xatırladaq ki, səfir P.Bülbüloğlu Moskvada uzunmüddətli diplomatik fəaliyyətini başa vurub. O, sentyabrın 1-i keçiriləcək parlament seçkilərində iştirak edəcək və 124 saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsindən namizədliyini irəli sürüb.