Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 22.08.2024-cü il tarixində saat 20:20 radələrində Bakı-Sumqayıt yolu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Viral.az xəbər verir ki, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə yerində bir nəfərin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
21:45
Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Viral.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsindən “Report”un yerli bürosuna məlumat verilib. Məlumata görə, hadisə yolun 15-ci kilometrində qeydə alınıb.
1991-ci il təvəllüdlü sürücü Quliyev Qurban Əhməd oğlunun idarə etdiyi “Hyunday Accent” marakalı avtomobil yolu keçmək istəyən gənc oğlanı vurub.
Piyada hadisə yerində ölüb. Avtomobilin piyadanı piyadalar üçün nəzərdə tutulmayan ərazidə vurduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.