Məkkə və Mədinədə Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən türk məktəblərinin yenidən açılacağı açıqlanıb.
Viral.az xəbər verir ki, T.C Milli Təhsil Nazirliyi 2024-2025-ci tədris ilində Məkkə və Mədinədə türk məktəblərinin yenidən açılmasına qərar verildiyini açıqlayıb.
Açıqlamada Səudiyyə Ərəbistanı rəhbərliyinin qərarı ilə paytaxt Ər-Riyad və digər əyalətlərdə fəaliyyət göstərən türk məktəblərinin 2020-2021-ci tədris ilinin sonundan etibarən mərhələli şəkildə bağlandığı xatırladılıb və bildirilib:
Son Yazılar:
- Qaynar çay içməyi sevənlərdə xərçəng RİSKİ
- Tanınmış vəkil vəfat etdi – FOTO
- Başında spazm var? – 2 manatlıq çarə
“Türkiyənin diplomatik təmasları və Milli Təhsil Nazirliyinin təşəbbüsləri ilə Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Milli Təhsil Nazirliyinə bağlı türk məktəblərinin bir qismi yenidən açıldı.
İki ölkənin rəsmi səlahiyyətli orqanları arasında aparılan təmaslar nəticəsində 2024-2025-ci tədris ilində Məkkə və Mədinədə türk məktəblərinin yenidən açılmasına qərar verilib, Məktəblərə tələbə qəbulu və digər prosedurlarla bağlı işlərə başlanılıb.
// redaktor.az