Ermənistan hüquq-mühafizə orqanları kirayə götürülmüş fərdi evdə quraşdırılmış çətənə və marixuana istehsalı kompleksi aşkarlayıb.
Viral.az “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
Kompleksi 38 yaşlı Rusiya vətəndaşının rəhbərlik etdiyi cinayətkar qrup idarə edib. Qrupa həmçinin Koreya vətəndaşı, o cümlədən Ermənistan vətəndaşı olan qadınlar daxil olub.
Son Yazılar:
- Milli Məclisdə yeni təyinat – FOTO
- Azərbaycanda zəlzələ oldu
- 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
Evə baxış zamanı 200-dən bir qədər çox çətənə kolu, 3 kq 30 qram qurudulmuş çətənə və 59,09 qram marixuana, həmçinin “istehsalat avadanlıqları” – ultrabənövşəyi lampalar, havanın rütubətini tənzimləyən cihazlar və s. aşkar edilib.