ABŞ Prezidenti Co Bayden Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparıb.
Viral.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı Bayden ABŞ-nin hava hücumundan müdafiə sistemləri üçün raketləri Ukraynaya göndərəcəyinə söz verib. Bundan əlavə, hərbi yardım siyahısına pilotsuz uçuş aparatları və döyüş sursatlarının da daxil olduğu qeyd olunub.