Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek istefası ilə bağlı yayılan xəbərləri qəti şəkildə təkzib edib və onları yalan, bazarı manipulyasiya etmək cəhdi adlandırıb.
Viral.az xəbər verir ki, bu barədə nazir “X” hesabında paylaşım edib.
O qeyd edib ki, Türkiyə hakimiyyətinin ölkənin problemlərini həll etmək, potensialını və səmərəliliyini artırmaq üçün görəcəkləri çox iş var.
Son Yazılar:
- “Liverpul” “Mançester Siti” ilə xal fərqini 8-ə ÇATDIRDI
- Ombudsman İƏT-in Baş katibi ilə GÖRÜŞDÜ
- Tramp komandasının bir hissəsi Putinin Ukrayna ilə bağlı şərtləri ilə razılaşır
Görünür, istefa ilə bağlı rəsmi açıqlamalar yetərli olmayıb. Mən də yazım. Mən istefa verməmişəm. Sözügedən ssenarilər həqiqətə uyğun deyil. Ölkə iqtisadiyyatının idarə olunması komanda ruhunda davam etdirilir. Bir müddətdir ki, qəsdən gündəmi yalan xəbərlərlə doldurmağa cəhdlər edilir. Biz yalan hekayələrin iqtisadiyyatımıza və bazarlarımıza təsir etməsinə icazə verə bilmərik.
Biz inflyasiyanın və cari hesab kəsirini azaltmaqda, büdcə intizamını təmin etməkdə və struktur problemlərini həll etməkdə qərarlıyıq. Proqramımızın məqsədləri reallaşdıqda vətəndaşlarımızın rifah halı yüksələcək. Digər tərəfdən artıq hesab kəsiri azalıb, Mərkəzi Bankın ehtiyatları artıb, inflyasiyanın əhəmiyyətli və daimi azalması başlayıb”.
Avqustun 21-də “Yenica” qəzeti hökumətin iqtisadi blokuna rəhbərlik edən Mehmet Şimşekin istefa ərizəsini iki həftə əvvəl təqdim etdiyini, lakin Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın onu vəzifəsində qalmağa inandırdığını iddia edib.