Qubadlı rayonu Mirlər, Göyyal, Hərtiz və Seləli kəndləri istiqamətində yanğın baş verib.
Bu barədə Viral.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə sözügedən ərazilərdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının, əsasən kol-kos və quru otdan ibarət açıq sahədə baş verdiyi və yaxınlıqdakı meşə zolağına keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş sahəyə yayılmasına, o cümlədən sıx meşəlik əraziyə keçməsinə imkan verilmədən söndürülüb.