Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Qazaxıstanın baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı olub.
Viral.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
“Ermənistan və Qazaxıstan arasında ikitərəfli əməkdaşlığın gündəliyi, o cümlədən tərəfdaşlığın genişləndirilməsinə yönəlmiş cari işlər müzakirə olunub, nazirlər regional sabitlik və təhlükəsizlik məsələləri, eləcə də regional logistika əlaqələrinin inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparıblar, beynəlxalq gündəmə də toxunulub”, – məlumatda deyilir.