Rusiya Ukraynaya məxsus bir neçə döyüş texnikasını VURDU

Rusiya Ukraynaya məxsus bir neçə döyüş texnikasını vurub. 

Viral.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Rusiya hərbçiləri “Lancet” markalı silah-sursatdan istifadə edərək, Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin bir neçə zirehli döyüş maşınını vurub. 

Son Yazılar:

“Kursk vilayətinin sərhəd bölgəsində aparılan kəşfiyyat tədbirləri zamanı “Sever” qüvvələrinin hərbi qulluqçuları Ukrayna Silahlı Qüvvələrinə məxsus bir neçə zirehli döyüş maşınının hərəkətini müəyyən ediblər. Aşkar edilmiş hədəflər “Lancet”in döyüş sursatı və Pilotsuz Uçuş Aparatlarından istifadə etməklə operativ şəkildə məhv edilib”, – Nazirlikdən bildirilib. 

 Müdafiə Nazirliyi bu texnikanın məhv edilməsinin görüntülərini də dərc edib.

// redaktor.az