Avstraliyadan olan 16 yaşlı atlet Qout Qout 100 metr məsafəni 10,2 saniyəyə qaçıb.
Viral.az xəbər verir ki, Qoutun 200 m məsafəyə şəxsi göstəricisi 20,68 saniyəyə bərabərdir.
Xatırladaq ki, 100 metr məsafəyə qaçışda dünya rekordu yamaykalı Useyn Bolta məxsusdur (9,58).
Son Yazılar:
- Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi BAŞLADI
- COP29 uğurla başa çatdı, Azərbaycan lider imicini möhkəmləndirdi
- ŞAD XƏBƏR – Bu sahədə çalışanların maaşları artırılacaq
Qeyd edək ki, karyerası ərzində Bolt səkkiz dünya rekordunun müəllifi olub. O, ardıcıl üç Olimpiadada (Pekin 2008, London 2012 və Rio-de-Janeyro 2016) 100 m və 200 m sprint məsafələrində qalib gəlməyi bacaran yeganə idmançıdır. Bolt hazırda 100 m (9,58) və 200 m (19,19), həmçinin Yamayka komandasının tərkibində 4×100 m estafetdə dünya rekordlarına malikdir – 36,84.