Salyanda avtomobil aşıb, XƏSARƏT ALAN VAR

Salyanda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var.

Viral.az “Report”a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistral yolunun rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili anidən idarəetməni itirərək yolun kənarına aşıb.

Son Yazılar:

Qəza nəticəsində rayonun Boranıkənd kənd sakini, 2002-ci il təvəllüdlü Əmrahov Vüsal Zaur oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.