Qəzzadakı Fələstinin Səhiyyə Nazirliyi İsrailin Qəzza zolağına qarşı davam edən müharibəsi və sərhəd qapılarını bağlaması nəticəsində əsas dərman siyahısının 60 faizinin və tibbi ləvazimatların 83%-nin tükəndiyini açıqlayıb.
Viral.az xəbər verir ki, Nazirlikdən verilən yazılı açıqlamada xəstəxana və səhiyyə ocaqlarında ciddi dərman və tibbi ləvazimat çatışmazlığının olduğu bildirilib və görünməmiş dərman və tibbi ləvazimat böhranının xəstələrin və yaralıların həyatına ciddi təsir edəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Açıqlamada, nazirliyin anbarlarında əsas dərman siyahısının 60 faizinin və tibbi istehlak materiallarının 83 faizinin tükəndiyi, bunun müalicə xidmətlərinin tamamilə dayanmasına səbəb olacağı və ən vacib xidmətlərin dayandırılma riski ilə üzləşdiyi qeyd edilib.
Son Yazılar:
- “Sabah” yeni baş məşqçisini rəsmən AÇIQLADI
- “Salyanski kazarma”nın zabitinə 10 il yarım həbs: 2 milyonluq əmlakı ALINDI
- Bakıda sahibkarın 31 il əvvəlki qətlinin üstü AÇILDI
Bəyanatda Birləşmiş Millətlər təşkilatlarına və digər beynəlxalq qurumlara vəziyyətə tez bir zamanda müdaxilə etmək, lazımi dərman və tibbi ləvazimat ehtiyaclarını ödəmək çağırışı edilib.
// redaktor.az