İran Prezidenti Məsud Pezeşkian Urmu gölünün bərpasına və İran Konstitusiyasının ana dilindən istifadəni nəzərdə tutan 15-ci maddəsinin həyata keçirilməsinə söz verib.
Viral.az “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, prezident bu barədə güneyli vətəndaş cəmiyyəti fəalı Rəşid Daneşcuyiyə verdiyi müsahibədə deyib.
O, İran Konstitusiyasının 15-ci maddəsinin tələbinin həyata keçirilməməsinə, Urmu gölündə ekoloji böhrana və Güney Azərbaycanın təbii sərvətlərinin talanmasına toxunaraq, Prezident Məsud Pezeşkiandan bu məsələlərlə bağlı planlarını açıqlamasını istəyib.
Son Yazılar:
- Köklük, piylənmə 13 növ xərçəng riskini artırır
- Çexiya daşqınlardan dəyən ziyanı açıqladı
- “Beşiktaş” doğma meydanda məğlub OLDU
Ümumi şəkildə Azərbaycan millətinin səsini unutmadığını bildirən İran prezidenti Urmu gölünün bərpası, Konstitusiyanın 15-ci maddəsinin (ana dilində təhsil) icrası və Güney Azərbaycandakı qızıl mədənlərinin fəaliyyətinin təşkilini davam etdirməyə çalışacağını bildirib.