Serbiyada heç vaxt zorakılıqla hakimiyyət dəyişikliyi olmayacaq.
Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Vuçiç jurnalistlərə açıqlamasında deyib.
Dövlət başçısının sözlərinə görə, Serbiya həm daxili müxalifət, həm də xarici qüvvələr tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün kifayət qədər yetkindir.
Son Yazılar:
- Çexiya daşqınlardan dəyən ziyanı açıqladı
- “Beşiktaş” doğma meydanda məğlub OLDU
- Məşhur azərbaycanlı tiktokerin həbsinin detalları – Fotolarla şantaj edirmiş…
Vuçiç bildirib ki, xaricdən müxalif QHT-lərə və kütləvi informasiya vasitələrinə yüz milyonlarla, hətta milyardlarla avro axır.
O, Rusiyanın onun hakimiyyətini dəstəkləməsi ilə bağlı ittihamları rədd edib.
“Mən başqasının agenti deyiləm və başqalarından fərqli olaraq, heç kim məni kənardan maliyyələşdirmir”, – Serbiya lideri vurğulayıb.