İsrail ordusunun son bir həftədə ikinci dəfə Qəzza zolağının mərkəzi hissəsində bir çox ərazinin boşaldılmasını tələb etməsindən sonra HƏMAS BMT və beynəlxalq ictimaiyyəti Qəzza zolağında mülki əhalinin müdafiəsini təmin etməyə çağırıb.
Viral.az xəbər verir ki, HƏMAS-ın verdiyi yazılı açıqlamada İsrail ordusunun Qəzza zolağının şimal və cənubundan yüz minlərlə insanın yaşadığı Əl-Məğazi Qaçqınlar Düşərgəsi başda olmaq üzrə Vusta şəhərinə bağlı bölgələri bombaladığı bildirilib.
Bəyanatda qeyd olunub ki, bu çağırışlar Fələstin xalqının əzablarını daha da dərinləşdirməyə çalışan və ölkədə soyqırım və etnik təmizləmə cinayətini davam etdirən ekstremist sionist hökumətin siyasətinin bir hissəsi kimi amansız bombardmanlar, hədə-qorxu və qırğınların ağırlığı altında edilib.
Son Yazılar:
- Kim Çen In Rusiyaya səfər edə BİLƏR
- Yüksək vəzifə verilən Gülməmmədov onun qardaşı imiş
- İlham Əliyevdən COP29-un yekunları ilə bağlı paylaşım
“İşğalçıların Qəzza zolağında təhlükəsiz zonaların olması ilə bağlı iddiaları tamamilə yalandır. Faktlar təsdiq edir ki, davam edən soyqırımda İsrailin təhlükəsiz kimi təsnif etdiyi qaçqınlar düşərgəsində, məktəblərdə və s. kimi yerlərdə minlərlə insan həlak olur”, – bəyanatda deyilir.
// redaktor.az