Avqustun 26-da Rusiyanın Çita şəhərində gənc boksçular arasında beynəlxalq turnir start götürəcək.
Azərbaycan Boks Federasiyasından Viral.az-a verilən məlumata görə, 5 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.
Yarışda baş məşqçi Elbrus Rzayev və məşqçi Yadigar Məmmədovun rəhbərliyi altında Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (54 kq), Ömər Aslanlı, Tağı Nəsibov (hər ikisi 57 kq) və Məhəmmədəli Qasımzadə (60 kq) mübarizə aparacaq.
Son Yazılar:
- Ermənilərin oğurlamaq istədiyi mahnımızın əsl adı NƏDİR?
- Moldova Rusiyaya qarşı bu sanksiyaya QOŞULDU
- Ukrayna bu müddətdə AB üzvü olacaq
Artıq səfərə yollanan yığmamız avqustun 31-də Vətənə qayıdacaq.