İsrail Daxili Cəbhəsi Təşkilatının göstərişi ilə Tel-Əvivdə 240 bomba sığınacağı açılıb, ictimai tədbirlər ləğv edilib və çimərliklər bağlanıb.
Viral.az TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər merinin müşaviri İlana Mixaeli məlumat verib.
“Şəhərdə 240 bomba sığınacağı açılıb, çimərliklər və mədəniyyət müəssisələri bağlanıb, ictimai tədbirlər ləğv edilib, lazım gələrsə, yeraltı dayanacaqlardan bomba sığınacağı kimi istifadə etmək proqramı var”, – o bildirib.
Son Yazılar:
- İnfarktı əngəlləməyin sadə YOLU
- Luis Enrike PSJ-nin baş məşqçisi kimi antirekorda imza ATDI
- Medvedev nüvə silahının istifadəsi riskinin yüksək olduğunu AÇIQLADI
Qeyd edək ki, avqustun 25-i səhər saatlarında “Hizbullah” hərəkatının üzvləri İsraildəki hərbi obyektlərə 320-dən çox raket atıblar. Daha sonra İsrailin müdafiə naziri Yoav Qalant növbəti 48 saat ərzində ölkədə fövqəladə vəziyyət elan edib.