Belçikanın Luvenski Biomolekulyar intitutunun alimləri şokolad desertləri ilə bağlı şok nəticələr əldə edib.
Viral.az “medicina”ya istinadən xəbər verir ki, ACS’ Journal of Agricultural and Food Chemistry elmi dərgisində çap olunan məqalədə desertlərdə aşkarlanan maddədən danışılıb.
Əsl, təbii şokoladda zərərli birləşmələr çox az konsentrasiyada olur, amma artıq hazır şirniyyatlarda yüksək dozalardadır.
Son Yazılar:
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
Məsələn, hazır blinlər, vafli, pirojna, içliyi şokoladlı kekslərdə daha çox kanserogen maddələr var ki, onlar istehsal prosesində yaranır.
İstehsalçı şirkətlər məhsulun görünüşünü yaxşılaşdırmaq və ömrünü uzatmaq üçün fərqli maddələrdən istifadə edir.
Nəticədə daha mürəkkəb molekul birləşmələri, alfa, betta doymamış karbonillər əmələ gəlir.
Bu sinif karbonillər çox reaktivdir, potensial təhlükəlidir, insan orqan, toxumalarını, DNT-ni zədələyir.
Mədəyə düşdükdə mədə turşusu, zülal və mədəaltı vəz fermentləri ilə təsirə girərək, çox sürətlə bölünür və normal hüceyrələri xərçəng hüceyrəsinə çevirə bilər.
Avropa Birliyi ölkələrində, eləcə də 5H, furan 2 qadağan olunub.
Alimlər 10 növ nümunə şokolad və şirniyyatları test ediblər.
Onlar müəyyən edib ki, alfa, betta karbonillər qızdırılma və kakao yağının əlavə edilməsi zamanı yaranır.
Daha sonra 22 adda tort, peçenye, vafliləri yoxlayıblar.
Qablaşdırılmış şirniyyatlarda onlar 10 karbonil aşkar ediblər.
Blin, vafli və tortlarda hər kq-a 4,3 mlq genetoksiki furan -2 aşkarlanıb.
Alimlər müəyyən edib ki, insana gün ərzində 0, 15 mkq genotiksiki maddə düşür. Amma bu desertləri hər gün aşırı yedikdə bu norma 2 dəfəni keçir.
Bu isə xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər.