Ukrayna ilə danışıqlar mövzusu aktuallığını itirib.
Viral.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bilirsiniz ki, hazırda danışıqlar mövzusu öz aktuallığını itirib, müxtəlif təmaslar haqqında çoxlu xəbərlər mediada dərc olunur və onların heç də hamısı həqiqətə uyğun deyil”, – Kremlin sözçüsü deyib.