Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmirdən olan millət vəkili Tuncay Özkanı məhkəməyə verib.
Viral.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Türkiyə liderinin vəkili Hüseyin Aydın açıqlayıb.
Onun sözlərinə görə, Ərdoğan Özkandan 250 min lirə mənəvi təzminat tələb edir. Bildirilir ki, buna səbəb CHP-li deputatın Ərdoğanın ünvanına əsassız və nalayiq ifadələr səsləndirməsi olub.
Son Yazılar:
- Gələn il minimum əmək haqları və pensiyalar ARTIRILACAQ
- Bu gündən şagirdlərin elektron yerdəyişmə prosesi BAŞLADI
- Banka borcu olanları SEVİNDİRƏCƏK XƏBƏR
H.Aydın, həmçinin qeyd edib ki, Ankara Baş Prokurorluğuna Özkana qarşı “Prezidenti təhqir etmək” ittihamı ilə şikayət ərizəsi təqdim edilib.