Zurabişvili əfv fərmanı imzaladı

Gürcüstan Prezidenti Salome Zurabişvili 17 məhbusun əfvi haqqında akt imzalayıb, onlardan 13-ü cəza çəkməkdən tamamilə azad edilib.

Viral.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Gürcüstan dövlət başçısı bu gün 17 məhkumu əfv edib. Cəzaçəkmə müəssisəsində 13 məhkum, o cümlədən iki qadın cəza çəkməkdən tamamilə azad edilib. Bir qadın da daxil olmaqla dörd məhkumun qalan cəzası azaldılıb”, – məlumatda bildirilib.

Son Yazılar:

Əfv olunan vətəndaşların adları göstərilmir.

Qeyd edək ki, bir neçə gün öncə Gürcüstan Prezidenti Salome Zurabişvilinin hazırda həbsdə olan keçmiş prezident Mixail Saakaşvilini əfv edəcəyi barədə məlumatlar yayılmışdı.