Sabirabadda qadın öldürüldü, 17 yaşlı oğlan tutuldu

Avqustun 26-da saat 15 radələrində Sabirabad rayonunda qətl törədilib.

Viral.az DİN-in Mətbuat xidmətinə istinadla xəbər verir ki, rayon ərazisindəki evlərin birində 1975-ci il təvəllüdlü İmanova Rəna Rafiq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü R.Q. polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Son Yazılar:

İlkin məlumata görə cinayət əməli tamah məqsədi ilə törədilib. Araşdırma aparılır.

Hadisə ilə bağlı Sabirabad Rayon Prokurorluğu da məlumat yayıb.

Bildirilib ki, avqustun 26-da Sabirabad rayonu ərazisində 1975-ci il təvəllüdlü Rəna İmanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2007-ci il təvəllüdlü Ramal Qurbanlının tanışı Rəna İmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Ramal Qurbanlı iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.