Azərbaycanda fəaliyyət göstərən müxtəlif bankların adından fişinq cəhdləri həyata keçirilir.
Bu barədə Viral.az-a Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.
“Kiberdələduzlar e-poçt vasitəsilə bank ödənişlərinin tamamlanması ilə bağlı saxta məlumatlar göndərərək istifadəçiləri zərərli qoşmalara yönləndirirlər. Qoşmanın tərkibində fərdi məlumatları ələ keçirmək üçün zərərli “keylogger” proqramı yerləşdirilib”, – deyə məlumatda qeyd olunur.
Son Yazılar:
- Onlar Türkiyənin ən varlı müğənniləridir
- Atasının avtomobilini qaçıran yeniyetmə qəza zamanı ÖLDÜ
- Pakistanda məzhəblərarası toqquşmalarda ölənlərin sayı 50 nəfəri ÖTDÜ
ETX vətəndaşlara bu cür hallara qarşı diqqətli olmağı və şübhəli qoşmalara daxil olmamağı, yükləməməyi, həmçinin hər hansı qurumun adından bu tip məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlayaraq dəqiqləşdirməyi tövsiyə edir.