Avqustun 26-sı, 27-si İtaliya A və B seriyasında keçiriləcək matçlar 1 dəqiqəlik sükutla başlayacaq.
Viral.az İtaliya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb isveçli tanınmış futbol məşqçisi Sven-Yoran Erikssonun xatirəsini yad etməkdir.
Bu gün 76 yaşında dünyasını dəyişən mütəxəssis İtaliyada “Roma”, “Fiorentina”, “Sampdoriya” və “Latsio”da klublarını çalışdırıb.