Efiopiyanın şimalındakı Amhara əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 23-ə çatıb.
Viral.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi təbii fəlakətlərin qarşısının alınması üzrə regional idarəyə istinadən məlumat yayıb.
Axtarış tədbirlərinin davam etdiyi qeyd edilir.
Son Yazılar:
- Futbolçunun anası hakimi vurdu – VİDEO
- Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul ETDİ
- O, necə cərrahi əməliyyat aparıb?
Xatırladaq ki, avqustun 24-ü axşam saatlarında Qondar şəhərinin şimal bölgəsində sürüşmə baş verib. Daha əvvəl 10 ölü barədə məlumat verilmişdi.
Təbii fəlakətlə əlaqədar 2,7 mindən çox insan təxliyə edilib və hazırda müvəqqəti məskunlaşma mərkəzlərindədir.