“Sabah” yoxlama matçında Almaniya Bundesliqa təmsilçisinə QALİB GƏLDİ

Azərbaycanı FIBA Çempionlar Liqasında təmsil edəcək kişi basketbolçulardan ibarət “Sabah” klubu təlim-məşq toplanışı keçdiyi Litvada ilk yoxlama matçına çıxıb.

Viral.az xəbər verir ki, “bayquşlar” hazlıq oyununda Almaniya Bundesliqa təmsilçisi “Rostok Sivulvz”la üz-üzə gəlib.

Qarşılaşma Bakı komandasının 72:71 hesablı qələbəsi ilə yekunlaşıb.

Son Yazılar:

Qeyd edək ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu “Sabah”ın hazırlıq prosesi sentyabrın 10-dək davam edəcək.