İsraili dəstəkləyən isveçrəli nazirə belə ETİRAZ EDİLDİ

İsveçrənin xarici işlər naziri İqnazio Kassisə Qəzzada hücumlarını davam etdirən “İsrailə qarşı dəstək rəftarına” görə Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisi qarşısında etiraz edilib.

Viral.az xəbər verir ki, İsveçrə Xarici İşlər Nazirliyi Cenevrə Konvensiyalarının qəbul edilməsinin 75-ci ildönümü münasibətilə BMT-nin Cenevrə bölməsi qarşısında tədbir təşkil edib.

Proqram ABŞ-nin Nyu-York şəhərindən olan BMT Təhlükəsizlik Şurasının rəsmiləri, Cenevrədəki ölkə nümayəndələri, BMT rəsmiləri və İsveçrə rəsmilərindən çoxlu sayda insanın iştirakı ilə keçirilib.

Son Yazılar:

Nazir Kassis çıxış etmək üçün kürsüyə çıxanda ərazidəki 100-ə yaxın nümayişçi etiraz şüarları səsləndirməyə başlayıb.

Əllərində Fələstin bayraqları tutan nümayişçilər Qəzzada hücumlarını davam etdirərkən Kassis və İsveçrə hökumətinin “İsraili dəstəkləyən mövqe tutduqlarına” reaksiya verib və baş verənlərə görə məsuliyyət daşıdıqları üçün onları tənqid ediblər.

// redaktor.az