Qarabağda seçki məntəqələrində veb-kameralar quraşdırılacaq?

“Beynəlxalq qurumların seçkilərə hazırlıqla bağlı iradı olmayıb”.

Viral.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, xarici müşahidəçilər hazırda yerlərdədir: “Xarici müşahidəçilər də qısa zamanda azad edilmiş ərazilərdə görülən işləri yüksək qiymətləndirir”.

Son Yazılar:

Məzahir Pənahov hələlik işğaldan azad edilmiş ərazilərdəki seçki məntəqələrində veb-kameraların quraşdırılmadığını diqqətə çatdırıb və əlavə edib ki, bununla bağlı aidiyyəti qurumlara müraciət olunub.

MSK sədri azad edilmiş ərazilərdə 42 mindən çox seçicinin səs verəcəyini də xatırladıb.