Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərlə bağlı ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının (SMM) nümayəndəsi – həmin qurumun hüquqi təhlilçisi Branislav Soloviç ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında (ARVK) görüş keçirilib.
Viral.az xəbər verir ki, qonaqları salamlayan Kollegiyanın sədri Anar Bağırov ARVK-nın son illərdəki fəaliyyəti, görülən işlər barədə ətraflı məlumat verib, müxtəlif yerli və beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələrdən söz açıb, bu istiqamətdə xeyli faydalı əməkdaşlıqların əldə olunduğunu bildirib.
Görüşdə ARVK-nın Baş katibi Orxan Babayev təqdimatla çıxış edərək Kollegiyada görülən işlərin dövrlər üzrə hesabatını təqdim edib, ARVK-nın vəkillərin davamlı tədrisə cəlb edilməsində rolu, həssas əhali qruplarına göstərilən pulsuz hüquqi yardım, tələbələrə dəstək, habelə beynəlxalq və yerli tədbirlər haqqında danışıb.
Son Yazılar:
- Dəhşətli qəzada ölən çavuş Bəhlulun FOTOLARI
- Saxta pul dövriyyəsi ilə məşğul olanlar həbs EDİLDİ
- Azərbaycanın dövlət borcu AÇIQLANDI
Daha sonra SMM-in hüquqi təhlilçisi Branislav Soloviç Missiyasının məqsədi, fəaliyyəti barədə məlumat verib, Azərbaycana səfərlərinin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb.
Eyni zamanda görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub, qonağı maraqlandıran mövzulara aydınlıq gətirilib.