Ukraynanın ilk ballistik raket sınağı müsbət nəticə verib

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın ilk yerli ballistik raket sınağının müsbət nəticə verdiyini bildirib və bu münasibətlə hərbi sənaye kompleksini təbrik edib. 

Viral.az xəbər verir ki, Zelenski paytaxt Kiyevdə keçirilən “Ukrayna 2024 Müstəqillik Forumu”ndan sonra keçirdiyi mətbuat konfransında yerli və xarici jurnalistlərin suallarını cavablandırıb.

Ukrayna ordusunun Rusiyanın Kursk bölgəsinə qarşı əməliyyatına toxunan Zelenski, ictimaiyyətin Ukraynanın bu addımından xəbəri olmadığı üçün əməliyyatın uğurlu keçdiyini iddia edib.

Son Yazılar:

Kursk əməliyyatı nəticəsində Rusiyanın Xarkov bölgəsinə hücumlarının qarşısını aldıqlarını bildirən Zelenski Kursk əməliyyatının özü ilə çox şeylər gətirdiyini, ilk növbədə, Xarkov vilayətinin işğalının qarşısını aldığını qeyd edib.  

// redaktor.az