DİN polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirib.
DİN-in Mətbuat xidmətindən Viral.az-a bildirilib ki, avqustun 25-də saat 23 radələrində Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qeyd olunub ki, Qax Rayon Polis Şöbəsinin rəisinin də içərisində olduğu “Toyota” markalı avtomobilin qəza hadisəsi ilə bağlı aidiyyəti üzrə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri aparılır.