Gürcüstan hökuməti katolik cərəyandan imtina edərək, pravoslav xristianlığı ölkənin əsas dini cərəyanı elan etməyə hazırlaşır.
Viral.az “1tv.ge” saytına istinadla xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığının nümayəndəsi Andriya Djaqmaidze bildirib.
O deyib ki, bu addım kilsənin cəmiyyətdəki rolunun artırılmasına, eləcə də milli-mənəvi dəyərlərin qorunmasına yönəlib:
Son Yazılar:
- Bakıdan Çinə dəmiryolu ilə ilk ixrac qatarı yola salındı
- Filippində dəhşətli yanğın: Mindən çox ev külə döndü – FOTO
- Aktrisa Əfqanıstan qadınları haqda sənədli film çəkdi
“Bu məqsədlə konstitusiyada dəyişiklik edilib-edilməyəcəyi barədə məlumatım yoxdur. Bizə dedilər ki, təklif kilsənin ictimai əhəmiyyətini artırmağa yönəlib. Bizim də bir sıra təkliflərimiz var, lakin onları müzakirələrin yekununda təqdim etməyi düşünürük”.
Onun sözlərinə görə, bu məsələ patriarxlığın avqustun 29-dakı iclasında müzakirəyə çıxarılacaq.