Sosial şəbəkələrdə Şəkidə heyvanla rəhmsiz rəftar edilməsi ilə bağlı yayılan videogörüntülər araşdırılıb.
Viral.az-ın xəbərinə görə, həmin şəxsin Şəki rayon sakini Y.İbadullayev olduğunu polis müəyyən edib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.