Beynəlxalq Amnistiya Təşkilatı Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə ÇAĞIRIR

Beynəlxalq Amnistiya Təşkilatı Aİ-yə üzv ölkələrin silah və avadanlıq tədarükü və qeyri-qanuni İsrail yaşayış məskənləri ilə ticarət və investisiyaların beynəlxalq öhdəliklərini pozduğunu bəyan edib və Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Viral.az xəbər verir ki, Böyük Britaniyada yerləşən təşkilat sabah Brüsseldə keçiriləcək Aİ Xarici İşlər Nazirləri Toplantısı öncəsi Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell və Aİ ölkələrinin xarici işlər nazirlərinə ünvanlanmış məktub dərc edib.

Təşkilat məktubunda Borrell və Avropa nazirlərinə çağırış edərək, Beynəlxalq Ədalət Məhkəməsinin 19 iyul 2024-cü il tarixli məsləhət rəyinin İsrailin beynəlxalq hüquq pozuntularına son qoyacaq təsirli siyasətlərə çevrilməsini təmin etməyi tələb edib.

Son Yazılar:

// redaktor.az