Fələstin xarici işlər nazirinin müavini Əhməd əd-Diyk bəyan edib ki, İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilindəki Nur Şəms Qaçqınlar Düşərgəsinə hücumlar etməklə Qəzzada olduğu kimi bölgə sakinlərini də yerindən etmək istəyir.
Viral.az xəbər verir ki, Diyk İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilindəki hücumlarını pisləyib.
Soyqırım törədən İsrailin xarici işlər naziri İsrail Katzın ordunun İordan çayının qərb sahilində “İranın dəstəklədiyi qruplara qarşı işlədiyini” ifadə etdiyinə işarə edən Diyk deyib:
Son Yazılar:
- Qaynar çay içməyi sevənlərdə xərçəng RİSKİ
- Tanınmış vəkil vəfat etdi – FOTO
- Başında spazm var? – 2 manatlıq çarə
“İsrail işğal altında olan Nur Şəms düşərgəsinin sakinlərindən evlərini boşaltmalarını istədi. Bu hücumlar Katzın istəklərinin əməli təzahürüdür”.
Hücum və evakuasiya təhdidlərinə reaksiya verən Diyk, deyib ki, bu, hərfi mənada müharibə deməkdir və qalib gəlmək lazımdır.
// redaktor.az