Türkiyə bəzi ölkələrin Ukraynadakı müharibəni 2022-ci ildə bitirmək istəmədiyini AÇIQLADI

2022-ci ildə İstanbulda problemin həlli şansı olanda bəzi dövlətlər Rusiya ilə Ukrayna arasında münaqişənin bitməsini istəməyiblər.

Viral.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Habertürk telekanalında bildirib.

“Hər iki tərəf üçün məqbul və bir sıra şərtlərlə ədalətli və balanslı sülh əldə etmək üçün demək olar ki, son nöqtəyə çatdıq. Dolmabağça danışıqlarında (2022-ci ildə İstanbulda -red.) bu məsələ demək olar ki, imzalanma mərhələsinə çatdı. Amma təəssüf ki, bəzi ölkələr müharibənin bitməsini istəmirlər, çünki Birləşmiş Ştatlar Ukrayna müharibəsi vasitəsilə Avropa qitəsini konsolidasiya etməyə çalışır, həm də Rusiyanı ciddi problemlə çaşdırmaq istəyir”, – deyə parlament sədri qeyd edib.

Son Yazılar:

(redaktor.az)