Britaniya polisi Çempionlar Liqasının finalının keçirildiyi Londondakı “Uembli” stadionunda 53 nəfəri saxlayıb.
Viral.az xəbər verir ki, bu barədə polisin mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat verib.
Son Yazılar:
- Qarabağa səfər edənlərin diqqətinə: Biletlər satışa ÇIXARILIR
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
Qeyd olunur ki, 5 nəfər stadiona daxil olub, qalanları isə “təhlükəsizlik tədbirlərini pozmağa” cəhd ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları saxta biletlərdən istifadə edərək tribunalara daxil olmaq cəhdlərinin də qarşısını alıb.
İyunun 1-də “Real” Çempionlar Liqasının 2023/2024 mövsümünün finalında qalib gəlib. Londonun “Uembli” stadionunda Dortmund “Borussiya”sı ilə görüş 2:0 hesabı ilə başa çatıb.