Türkiyənin İstanbul şəhərində çökən üçmərtəbəli binanın dağıntıları altından bir nəfərin meyiti çıxarılıb.
Viral.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Bu barədə jurnalistlərə yanğınsöndürmə xidmətinin rəhbəri Remzi Albayrak bildirib.
Axtarışlar davam etdirilir.
***
12:08
Türkiyənin İstanbul şəhərində üçmərtəbəli binanın çökməsi nəticəsində yaralananların sayı 7 nəfərə çatıb.
Viral.az xəbər verir ki, bunu şəhər valisi Davud Gül bildirib.
“Yaralılardan ikisinin vəziyyəti ağır, beşinin vəziyyəti isə normaldır”, – D.Gül deyib.
Onun sözlərinə görə, daha iki nəfər dağıntılar altındadır.
Vali qeyd edib ki, binanın birinci mərtəbəsində mağaza, yuxarı mərtəbələrində isə mənzillər olub.
***
11:37
Türkiyənin İstanbul şəhərinin Küçükçekmece rayonunda üçmərtəbəli bina çöküb.
Viral.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə İstanbul valiliyi məlumat yayıb.
Məlumata görə, indiyədək dağıntılar altından iki yaralı xilas edilib.
Hadisə yerində yanğınsöndürmə briqadaları və təcili yardım qrupları işləyir. Kartaltəpə məhəlləsində baş verən hadisədə dağıntılar altında qalanların olduğu bildirilir. Axtarış-xilasetmə işləri davam edir.