Ukrayna ordusu Rusiya ərazisində daha 2 kilometr irəliləyib

Sutka boyunca Ukrayna ordusu Kursk vilayətinin ərazisində daha 2 kilometr irəliləyib.

Viral.az insider.ua-ya istinadla xəbər verir ki, bunu Ukrayna Ordusunun Baş komandanı Aleksandr Sırski deyib.

O bildirib ki, bununla da ordu bölgədə 5 kvadrat kilometrlik ərazini nəzarətə götürüb.

Son Yazılar:

Sırskinin sözlərinə görə, “hazırda Rusiya tərəfinin Pokrovka istiqamətindəki müdafiə xəttini yarmağa yönələn cəhdləri uğursuzluqla nəticələnir”.