Bakı metrosunda qatarların hərəkəti bərpa olunub.
Bu barədə Viral.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Son Yazılar:
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
- Netanyahu Britaniyaya gəlsə, həbs olunacaq
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix AÇIQLANDI
Qeyd edilir ki, hazırda xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülür. Hadisə zamanı stansiyaya daxil olan qatar xətdən çıxarılaraq “Nərimanov” elektrik deposuna göndərilib. Əvəzinə depodan qatar verilib. Qatarın yoluna düşən sərnişin xarici görkəminə görə təxminən 65-70 yaşlı kişidir.
***
13:50
Metronun “28 May” stansiyasında qatarın yoluna düşən sərnişin ölüb.
Bu barədə Viral.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd edilir ki, onun meyiti stansiya yolundan çıxarıldıqdan sonra hərəkət bərpa olunacaq.
Hadisə ilə əlaqədar xətlərdə yubanma olub.
***
13:26
Metronun “28 May” stansiyasında sərnişin stansiya yoluna düşüb.
Bu barədə Viral.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd edilir ki, hadisə ilə əlaqədar xətlərdə yubanma var.