Azərbaycan boksçusu Alfonso Dominqes Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Viral.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, 92 kq çəkidə mübarizə aparan dünya çempionu Olimpiadaya vəsiqəni Tailandın paytaxtı Banqkokda 2-ci Dünya Olimpiya Təsnifat Turnirində rəsmiləşdirib.
O, 1/4 finalda Elkin Adilbek Uulu (Qırğızıstan) ilə qarşılaşıb. Dominqes rəqibini 5:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib və bu qələbə boksçumuza Paris-2024-də iştirak hüququ verib.
Son Yazılar:
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
- Əhaliyə vacib XƏBƏRDARLIQ – Dünən gecədən başlayıb, 1 həftə davam edəcək
Nəticədə milli komandamız Fransa paytaxtında 5 kişi boksçu ilə təmsil olunacaq. Dominqesdən öncə Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris Olimpiadasına vəsiqəyə yiyələnib.
Qeyd edək ki, Oyunlarda boks yarışları iyulun 27-dən avqustun 10-dək davam edəcək.