“O qəzanın başıma gəldiyinə çox sevindim”

“O qəzadan sonra çox şey dəyişdi. Bu hadisədən çox pis şok keçirtmişdim. Amma o qəzanın başıma gəldiyinə çox sevindim, Allaha şükür etdim”.

Viral.az xəbər verir ki, bu sözləri ötən il avtomobil qəzasına düşən Xalq artisti Mehriban Zəki “Göstərir radio” verilişində deyib. O, bunun səbəbini isə belə izah edib:

“Ona görə ki, bilmədiyim, cavabını axtardığım bir çox mətləblər mənə aydın oldu. Düşünərək bir çox şeyləri axtarırsan, oxuyursan, araşdırırsan, söhbət edirsən, gəzirsən və cavabını tapa bilmirsən. Amma bir hadisəni yaşayırsan və onda hər şey daha aydın olur. Təbii ki, bu qəza ölümlə nəticələndi. Dilarə Əliyeva həyat yoldaşı Oqtay Əliyevi itirdi”. 

Son Yazılar:

Qeyd edək ki, O.Əliyev ötən il martın 22-də avtomobil qəzasında dünyasını dəyişib. Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də həmin qəzada avtomobildə olub. D.Əliyeva xəsarət almayıb, M.Zəki isə müalicədən sonra evə buraxılıb.  // Axşam.az