İsmayıllıda minik avtomobilinin yük maşınına çırpılması nəticəsində iki qardaşdan birinin ölməsi və digərinin isə yaralanmasının təfərrüatı məlum olub.
Viral.az xəbər verir ki, yaralananlardan biri olan 2005-ci il təvəllüdlü Nurlan Dəmirov Azər oğlu hərbi xidmətdən məzuniyyətə buraxılıbmış.
Qeyd edək ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Son Yazılar:
- Dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
- Mehriban Əliyeva Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım ETDİ
- İlham Əliyev Xankəndidə məktəbin açılışında iştirak etdi
Belə ki, VAZ markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində, 2000-ci il təvəllüdlü Abuzər Azər oğlu Dəmirov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Onun qardaşı, 2005-ci il təvəllüdlü Nurlan Azər oğlu Dəmirov və 1989-cu il təvəllüdlü Müşfiq Rza oğlu Abbasov isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı İctimai TV-nin süjetində: