Məşhur “casus balina” ÖLDÜ

Norveçdə rus ordusu tərəfindən təlim keçdiyi düşünüldüyü üçün “casus balina” kimi də tanınan Hvaldimir ləqəbli balinanın öldüyü məlum olub.

Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda balinanı qorumaq üçün fəaliyyət göstərən “Marine Mind” qeyri-kommersiya təşkilatının qurucusu Sebastian Strand açıqlama verib.

Onun sözlərinə görə, balinanın meyiti Norveç sahillərində tapılıb. Strand balinanın ölüm səbəbinin hələ aydınlaşdırılmadığını açıqlayıb.

Son Yazılar:

Qeyd edək ki, balina 2019-cu ildə Norveçin şimalında üzərinə quraşdırılmış xüsusi mexanizmlə üzərkən tutulub və sonradan “casus balina” kimi bütün dünyada məşhur olub.

Rusiya tərəfindən “casus” kimi yetişdirilməsi ilə bağlı fərziyyələrə görə heyvana Norveç dilində balina mənasını verən “hval” və Vladimir sözlərinin birləşməsindən yaranan Hvaldimir ləqəbi verilib.