Qaxda iki avtomobil toqquşdu – XƏSARƏT ALAN VAR

Qaxda minik avtomobilləri toqquşub, xəsarət alan var.

Viral.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Kötüklü kəndində baş verib.

Qax rayon sakini 1951-ci il təvəllüdlü İosif Babacanaşvilininin idarə etdiyi “Toyota” markalı minik avtomobili ilə Şəki rayon sakini Osman Rəsullunun idarə etdiyi “KİA” markalı avtomobil toqquşub.

Son Yazılar:

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan İ. Babacanaşvili Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.