Gürcüstan Müdafiə Nazirliyinin özünün qan bankı olacaq və “İnsan qanının və onun komponentlərinin keyfiyyəti və təhlükəsizliyi haqqında” qanuna müvafiq dəyişikliklər ediləcək.
Viral.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə icra hakimiyyətinin parlamentə təqdim etdiyi 2024-cü il üçün fəaliyyət planında deyilir.
Məlumata görə, Gürcüstanda qanın toplanması, emalı, yoxlanılması, saxlanması və paylanmasına cavabdeh olan üç qan müəssisəsi yaradılacaq.
Son Yazılar:
- Azərbaycan Güləş Federasiyası Qazax şəhərində seminar KEÇİRDİ
- Bakıda 2-ci sinif şagirdi vəfat etdi – FOTO
- Britaniyanın Rusiyadakı səfirinə etiraz notası VERİLDİ
“Qanun çərçivəsində özəl qan bankları iyuldan etibarən Gürcüstan hökuməti tərəfindən yaradılacaq mərkəzi qan institutu ilə əvəz olunacaq. 01.01.2025-ci il tarixindən etibarən Gürcüstanda pul təzminatı müqabilində qan vermək qadağan ediləcək”, – deyə məlumatda bildirilir.