Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulub.
Viral.az xəbər verir ki, son oyun günündə bir oyun baş tutub.
Günün yeganə oyunu “Zirə” ilə çempion “Qarabağ” arasında keçirilib. Ağdam klubu səfərdən inamlı qələbə ilə qayıdıb.
Son Yazılar:
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
- ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə RAZILAŞDI
- Sirkə turşusu içən qadın xəstəxanada ÖLDÜ
Xatırladaq ki, bu turun əvvəlki oyunlarında “Turan Tovuz” – “Səbail”i 1:0 hesabıyla məğlub yola salıb. “Sumqayıt” evdə “Araz-Naxçıvan”a (0:1), “Kəpəz” “Sabah”a (2:3) uduzub. “Şamaxı” – “Neftçi” matçı isə qolsuz bitib – 0:0.
Premyer Liqa
5-ci tur
1 sentyabr
“Zirə” – “Qarabağ” 1:3
Qollar: Ceyhun Nuriyev, 40 – Toral Bayramov, 18. Emmanuel Addai, 33. Abdullah Zubir, 88.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 20:45.