Almaniya Bundesliqası: "Bavariya" "Frayburq"u məğlub ETDİ

“Bavariya” Bundesliqanın ikinci turunda “Frayburq”u darmadağın edib – 2:0

Viral.az xəbər verir ki, Vinsent Kompaninin komandası fasiləyə qədər önə keçib. Harri Keyn 2024/25 Bundesliqa mövsümündəki ilk qolunu vuraraq penaltini qola çevirib.

Matçın sonlarına yaxın əvəzedici Tomas Müller “Bavariya”nın üstünlüyünü artırıb. “Frayburq” əlavə vaxtda hesabı azalda bilərdi, lakin Lukas Höler 11-metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilmədi.

Son Yazılar:

“Bavariya” yeni Bundesliqa mövsümünün əvvəlində iki qələbə qazanaraq liderliyi “Haydenhaym” və “RB Leypsiq”lə bölüşür. “Frayburq”un aktivində isə üç xal var.

Qeyd edək ki, növbəti turda – sentyabrın 14-də “Bavariya” səfərdə “Holşteyn”lə qarşılaşacaq, “Frayburq” isə “Bohum”u qəbul edəcək.

Bundesliqa. 3-cü tur

“Bavariya” – “Frayburq” – 2:0 (1:0)

Qollar: Keyn (38, pen.), Müller (78).

90+6-cı dəqiqədə Höler (“Frayburq”) penaltini yerinə yetirə bilməyib.